| |
 |
|
|
 |
|
|
|
|
|
|
«Narimanfilm» kinostudiyası – 1993-cü ildə “Nəriman İnterservis” kimi əsası qoyulmuş özəl Azərbaycan müəssisəsidir. 2005-ci ildə müəssisənin adı dəyişilərək “Narimanfilm” olmuşdur, əsas fəaliyyət növü kino- və videoməhsullarının istehsalı, həmçinin Azərbaycan Respublikası ərazisində kinolayihələrin hüquqi dəstəyi və müşayiətidir.
Müəssisənin bədii rəhbəri gənc Azərbaycan rejissoru Rusiya Rejissorlar Gildiyasının üzvü İlqar Safatdır. Bu günə qədər “Narimanfilm” kinostudiyası tərəfindən 7 film çəkilmişdir: 3 oyun filmi “Min” (2001, Moskva), “Dağın nəvəsi” (2002-2006, Bakı) və "Pəri-Qala" (2007, Bakı), həmçinin 4 sənədli film “Mən quşları xatırlayıram...” (2002, Moskva), “Məhsuldar Otlaqlarda” (2006, Bakı), "Qobustana qayıdış" (2007, Bakı) və "Mənim məktəbim" (2008, Bakı). Hazırda kinostudiya 2008-ci ilin payızında Azərbaycan Respublikasında çəkilmiş “SAHƏ” bədii tammetrajlı filmini hazırlayır.
“Narimanfilm” öz missiyasını kinematoqrafiya sahəsində professional kadrların hazırlanması; milli sənədli və Bədii filmlərin istehsalı, yerli və beynəlxalq bazarda onların sonrakı irəliləyişi; kinolayihələrin hüquqi müşayiəti vasitasilə Azərbaycan Respublikası kinematoqrafiyasının inkişafı prosesindəki aktiv iştirakda görür.
|
|
|
|
|