Film haqqında

Məşhur fotoqraf və nişanlısı mübahisə edərkən yol-nəqliyyat qəzasına düçar olduqlarından polis SAHƏ-sinə düşürlər. Burada, nişanlısına olan inamsızlığa istinad edərək fotoqraf öz daxilində uşaqlıqda qazanılan bir fobiyanı aşkar edir. Uzun illər boyu onun qəlbində qadınlara qarşı qorxu hissi yaşayır. Bu SAHƏ-dən sağ-salamat çıxmaq üçün, o, burada öz qorxularını qoymalıdır.
VEB SƏHİFƏYƏ DAXİL OL

ŞİRKƏT HAQQINDA

ŞİRKƏT HAQQINDA

“Narimanfilm”, məhdud məsuliyyətli şirkət olaraq, 1994-cü ildə Azərbaycanda, Bakı şəhərində təsis edilmişdir. Müştəriləri və partnyorları ən yaxşı məhsul və xidmətlə təmin etmək məqsədilə şirkətdə təcrübəli ssenaristlər, rejissorlar, texnik və dizaynerlər komandası yaradılıb. Müştərilərə təklif etdiyimiz hər hansı bir məsələnin həlli yolları, onların məhsullarının və xidmətlərinin satışını maksimuma çatdırmağa yönəldilmişdir.

Məqsəd

Reqionda ən yaxşılardan olmaq.

Narimanfilm seçilmiş biznes sahələrində və yerlərdə həm peşəkar video çəkilişləri üzrə xidmət provayderi, həm də yeni media-texnoloji həllərin reallaşmasında ən qabaqcıl provayder olmağa çalışır.

Vəzifə

Bizim vəzifəmiz Azərbaycanda biznes – icmasını keyfiyyətli, sanballı brend adı olan xidmətlə təmin etmək, müştəri xidməti sahəsində rəqibi olmayan   etibarlı və peşəkar texniki dəstək təqdim etməkdir.

Azərbaycanda və Cənubi Qafqazda qabaqcıl texnologiyalardan istifadə edərək distribyutor kimi istehlakçı və müştəriləri cəlb etmək, həmçinin kino filmlərinin istehsalında texnologiya sahəsində aparıcı kompaniya olmağa çalışırıq.

Biz, Azərbaycanda kino sənayesinin inkişafında yerli rejissorların və kino işçilərinin təlimi, milli, sənədli, oyun filmlərinin istehsalı və onların beynəlxalq, yerli bazarlarda  təbliği vasitəsilə iştirak etmək istəyirik.

Biz, xarici rejissorlara Azərbaycanı,  natura çəkilişləri üçün əlverişli, gözəl, füsunkar təbiəti olan bir ölkə kimi tanıtdırmaq istəyirik. Bu da xarici layihələrin reallaşdırılması üçün ölkəmizi populyarlaşdırmağa imkan verəcəkdir.

Keyfiyyətlərimiz

Biz MƏHSUL istehsal edirik və yüksək KEYFİYYƏTLİ XİDMƏT göstəririk.

Biz işimizdə Çevik, Səlahiyyətli, Yenilikçi, Fəalıq və verdiyimiz vədləri yerinə yetiririk.

BİZİM HEYƏT

BİZİM HEYƏT

Hal- hazırda “Narimanfilm” də müxtəlif ixtisaslı mütəxəssislərdən ibarət komanda yığılıb ki, onlar kompaniyanın öz qarşısına qoyduğu uzunmüddətli məqsədlərə nail olmağa çalışırlar.Kompaniya onun fəaliyyətinə yeni ideyalar gətirən, eləcə də bu ideyaları keyfiyyətli şəkildə reallaşdırmağı bacaran peşəkarları öz ətrafında toplamağa çalışır.

Kollektivimizdə əməkdaşların açıqlığı, fəallığı, eləcə də daima yeni peşəkar zirvələrə can atmaları yüksək qiymətləndirir. Komanda daxilində etibarlı əlaqələr biri- birinə hörmət, işə məsuliyyətli münasibət, həmçinin dürüst və səmimi hisslər  üzərində qurulub.

XİDMƏTLƏR

XİDMƏTLƏR

İlk olaraq kino istehsalı ilə işə başlayan Narimanfilm, artıq qonşu bazarlara çıxmaq yoluyla  təklif etdiyi xidmətlər paketini şaxələndirməyi, göstərdiyi xidmət növlərinin profilini genişləndirərək kino istehsalı ilə ümumi  cəhətləri olan sahələrdə də fəaliyyət göstərməyi qarşısına məqsəd qoymuşdur.

Hal-hazırda Narimanfilm biznesin üç qrupu ilə, peşəkar kino və video istehsalı üzrə xidmətlər, korporativ konfransların təşkili üzrə, həmçinin əlavə media xidmətləri göstərməklə təmsil olunur( i2i kompaniyasının ingiltərə qrupu ilə birgə).

Film prodakşn xidmətləri

LAYİHƏLƏR

LAYİHƏLƏR

Mətbuat

Mətbuat

Narimanfilm Giffoni Festivala səfər təşkil edir

Giffoni Film Festival LogoPres-reliz. Bakı. 10.06.2014

Keçmiş illər ərzində Narimanfilm kinokompaniyası səs operatorları, rejissorlar, prodüserlər, kino senaristləri üçün dəfələrlə çoxsaylı treninqlər təşkil etmiş və bu il də tamaşaçılar arasında kino mədəniyyətinin inkişaf etdirilməsi məqsədilə, kinematoqrafiya sahəsində təlim proqramlarının həyata keçirilməsi sahəsiində bu xoş məramlı ənənələri davam etdirərək Qifoni Beynəlxalq Kinofestivalı (Giffony İnternational Film Festival) ilə birgə eyniadlı festival çərçivəsində keçirilən Giffony Experiense tədbirində iştirak etmək üçün 13 yaşdan 16 yaşa qədər 3 uşaqdan ibarət bir qrupun İtaliyaya səfərini təşkil edir.

Giffony İnternational Film Festival 44 il ərzində keçirilən və dünyanın müxtəlif ölkələrindən gəlmiş uşaqlardan ibarət münsiflər heyəti olan festival olaraq, kino dünyasında bənzərsiz bir hadisədir.Bu il tədbir 18 iyuldan 27 iyula qədər keçiriləcək və bu müddət ərzində dünyanın müxtəlif ölkələrindən olan 3000 uşaq 100-ə qədər filmə baxıb, qiymət verəcəklər.

Bu il Azərbaycanlı uşaqlar ilk dəfə bu kinofestivalda iştirak edəcəklər. Uşaqlar öz həmyaşıdları ilə baxdıqları filmləri müzakirə edəcək və müsabiqənin qalibini müəyyən etmək imkanı qazanacaqlar.

Festival keçirilən müddətdə uşaqlar rejissorlarla, aktyorlarla, kino xadimləri ilə və ən başlıcası 40-dan artıq ölkədən gəlmiş həmyaşıdları ilə ünsiyyətdə olacaqlar.

Mükafatlar

Mükafatlar

Əlaqə

Əlaqə

 

 

Sifariş etmək və ya əməkdaşlıq əlaqələri qurmaq üçün aşağıda göstərilən əlaqə məlumatlarına müraciət edin:

Ünvan: Bakı şəhəri, AZ1003, F. Qurbanov küçəsi, 13/5

Tel.: (+994 12) 464 43 06 ;

        (+994 12) 491 63 79 ;

        (+994 12) 491 52 50 ;

Faks: (+994 12) 464 42 37

E-mail: mail@narimanfilm.az ; operations@narimanfilm.az ; sales@narimanfilm.az

  

Google+

  

Veb sayt
www.narimanfilm.az :: 2017

Saytı hazırladı: DreamArt Creative Agency