| |
 |
|
|
 |
|
|
|
|
|
|
“Daşda yaşayan ruh”
(2003, Xabarovsk) __
Ssenari müəllifi və rejissor: İlqar Safat
Operator: Albert Samoylov
İstehsalı: Uzaq Şərq Kinoxronika Studiyası. 2003-cü il
Sürəklilik: 12 dəq.
Format: 35 mm
Sikaçi-Alyan Amur çayının aşağı tərəflərində yerləşən kiçik nanay qəsəbəsidir. Məhz burada üzərində məşhur petroqliflər olan qədim mezolitik qaya parçalarını görmək olar. Bu qayaüstü rəsmlərin 12000 ilə qədər yaşı var. Daşların üzərində şamanların və onları qoruyan ruhların surətləri, ölmüş insanları ölülər dünyasına müşayiət edən totemlər və qədim qayıqlar təsvir olunmuşlar. Yerli sakinlər həmişə Sikaçi-Alyanı müqəddəs yer saymışlar. Rəvayətlərə görə bu daşlarda bu günədək müqəddəs ruh yaşayır. Minilliklər boyu qədim insanları öz surətlərini daşlara həkk etməyə məcbur edən “Daşda yaşayan ruh” indiki Uzaq Şərq ustalarını da sənətə qatılmağa sövq edir. İlya Lixanov Sikaçi-Alyan qəsəbəsində yaşayır. Dostları onu zarafatcasına “Amur Qoqeni” adlandırırlar. Lixanovun əsərlərində elə bil ki, petroqliflərin sirrləri açılır: rəsmlərdən bizə daşda yaşayan surətlər, çoxdan o biri dünyaya köçmüş insanların kölgələri baxır.
|
|
|
|
|