Narimanfilm Giffoni Festivala səfər təşkil edir

Giffoni Film Festival LogoPres-reliz. Bakı. 10.06.2014

Keçmiş illər ərzində Narimanfilm kinokompaniyası səs operatorları, rejissorlar, prodüserlər, kino senaristləri üçün dəfələrlə çoxsaylı treninqlər təşkil etmiş və bu il də tamaşaçılar arasında kino mədəniyyətinin inkişaf etdirilməsi məqsədilə, kinematoqrafiya sahəsində təlim proqramlarının həyata keçirilməsi sahəsiində bu xoş məramlı ənənələri davam etdirərək Qifoni Beynəlxalq Kinofestivalı (Giffony İnternational Film Festival) ilə birgə eyniadlı festival çərçivəsində keçirilən Giffony Experiense tədbirində iştirak etmək üçün 13 yaşdan 16 yaşa qədər 3 uşaqdan ibarət bir qrupun İtaliyaya səfərini təşkil edir.

Giffony İnternational Film Festival 44 il ərzində keçirilən və dünyanın müxtəlif ölkələrindən gəlmiş uşaqlardan ibarət münsiflər heyəti olan festival olaraq, kino dünyasında bənzərsiz bir hadisədir.Bu il tədbir 18 iyuldan 27 iyula qədər keçiriləcək və bu müddət ərzində dünyanın müxtəlif ölkələrindən olan 3000 uşaq 100-ə qədər filmə baxıb, qiymət verəcəklər.

Bu il Azərbaycanlı uşaqlar ilk dəfə bu kinofestivalda iştirak edəcəklər. Uşaqlar öz həmyaşıdları ilə baxdıqları filmləri müzakirə edəcək və müsabiqənin qalibini müəyyən etmək imkanı qazanacaqlar.

Festival keçirilən müddətdə uşaqlar rejissorlarla, aktyorlarla, kino xadimləri ilə və ən başlıcası 40-dan artıq ölkədən gəlmiş həmyaşıdları ilə ünsiyyətdə olacaqlar.