Pre-prodakşn

İşçi vizaları və icazələr

Artıq əziyyətlərə son qoyuldu!

Azərbaycanda çəkilişlər aparmaq üçün bu çəkilişlərə görə yazılı icazə, eləcə də müxtəlif dövlət qurumları tərəfindən bütün xarici heyət üçün işçi vizaları verilməlidir.

Bizim kompaniya sənədlərin qeydiyyatını öz üzərinə götürərək  Sizi bu çətinliklərdən xilas edəcək.

Narimanfilmin  Azərbaycan hökuməti ilə möhkəm əlaqələri hazırlıq işlərinin daha da sürətlənməsinə və səmərəli olmasına kömək edir.

Aşağıda qeydiyyatın müddəti göstərilir:

Əlavə məlumat almaq üçün Narimanfilmin ofisi ilə əlaqə saxlayın.

 

Çəkiliş prosesinə hazırlıq

Narimanfilm kompaniyasının  fəaliyyəti çəkilişlərə hazırlıqla əlaqədar bütün əsas xidmətləri əhatə edir. Kompaniya baş rollara, kütləvi çəkilişlərə aktyorların kastinqi ilə, hətta dublyor seçimi ilə də kömək edə bilər.

Xarici görünüşü istər asiyalı, istər afrikalı və ya avropalı olmasından asılı olmayaraq, biz, Sizin tələblərinizdən asılı olaraq istədiyiniz “görüntüdə” aktyor təqdim edə bilərik.

Narimanfilm kameralar, aparatlar üçün müxtəlif bağlayıcılar, işıq avadanlığı, sualtı kostyumlar və qurğular, sərfiyyat materialları, eləcə də trekinq – sistemləri kimi öz çəkiliş avadanlıqlarını təqdim edə bilər.

Lokasiya, işıq, kamera, mühərrik...Biz Azərbaycanı Sizə kəşf edəcəyik!

Narimanfilm kompaniyası təbiət çəkilişlərinin axtarışları üçün rəqabətli qiymətlərlə yerli  mütəxəssislərin xidmətlərini təklif edir. Bütün hallarda bizim kompaniya yer seçimində rejissor mövqeyinə  və loqistik  üstünlüklərə söykənəcək.

Yerli mütəxəssislərin xidmətlərindən istifadə etmək xərclərin azaldılmasına, ünvana çatmaq üçün vaxta qənaət etməyə imkan verir. Ətraf mühit və ərazi haqqında tam bilgiyə malik olmaları yerli mütəxəssisləri əvəzedilməz edir.

 Uğurlu axtarışlardan sonra mütəxəssislər nəticələri aşağıdakı formatlarda təqdim edə bilərlər:

Narimanfilm, həmçinin Azərbaycanda otaq və yaxud hər hansı bina  icarəyə götürmək üçün müxtəlif variantlar təqdim edir.