Dİstrİbusİya

Azərbaycanda və ya başqa bazarda öz layihəsini həyata keçirmək istəyən istər yerli, istər xarici firmalara DVD- disklər, eləcə də İnternet televiziyada (i2i kompaniyası ilə birgə) onlayn distribüsiya və ya bizə məxsus olan AZ Cinema Online onlayn-kinoteatr vasitəsilə distribüsiya xidmətləri ilə kömək edə bilərik.

Onlayn distribüsiyanın köməyi ilə Siz öz layihələrinizi ancaq yerli tamaşaçılara deyil, bütün dünyaya geniş tamaşaçı kütləsinə göstərə bilərsiz.Biz başa düşürük ki, gündə 24 saat işləyən böyük yayım mərkəzləri artıq keçmişdə qalıb. İndi yüksək aydınlıqlı video yayımı  həmin peyklər vasitəsilə yayımlamadan daha ucuzdur.Biz öz müştərilərimizə planetin bütün qitələrindəki tamaşaçılara gündəlik yayımda kömək edirik.

Siz bizim AZ Cinema Online kinoteatrı vasitəsilə aşağı qiymətlərlə gözəl filmlərə baxmağa çalışan sadə Azərbaycan sakinlərini tanıyacaqsınız.Biz, evdə İnternet vasitəsilə kino-əyləncələr təqdim edənlər sırasında birincilərdənik.