Veb-yayımlamalar

Narimanfilm kompaniyası veb-kastinqlərin təşkili və dəstəklənməsi, eyni zamanda  onların  B2B və B2C hədəfli auditoriyaya yayımı bazarına girməklə öz xidmət portfoliosunu genişləndirir.

Biz, korporativ müştərilərə, tamaşaçıları təşkil etdikləri tədbirlərə çağırmağı təklif edirik. Onlayn veb-kastinq vasitəsilə öz illik ümumi yığıncaqlarınızı siyasətçilərə, müştərilərə, səhmdarlara və ya mətbuata açın! Biz, sizin kompaniyanın planları, fəaliyyətinizin nəticələri haqqında  məlumatların artmasına, yeni məhsullar buraxılmasına, tanışlıq kompaniyası keçirməyə və yaxud sadəcə sizin konsertlərə və ya tədbirlərə tamaşaçılar cəlb etməyə kömək edirik.

Ümumu illik və ya növbədənkənar iclaslarınızı tam açıq şəkildə aparmaqla maliyyə şəffaflığı üzrə qanuni tələbləri həyata keçirin.Siz indi bu görüşlərə əvvəllər iştirak edə bilməyən əməkdaşları da dəvət edə bilərsiniz. Universitetlər, kolleclər və ya təlim mərkəzləri bizim köməyimizlə öz kursları və treninqləri üzrə məsafədə təlim təklif edə bilərlər. Bütün dünyaya və ya hədəfli auditoriyaya yayımlanmaq istəyirsinizsə, bizə müraciət edin.

Biz sizin ünvanınızı istəyinizə bağlı olaraq açıq saxlaya bilər və ya ona girişi sistemdə parol və ya şifrələməylə qoruya bilərik. (Password Protection & Encryption system).Veb-kastinq mətnlə videonun uyğun gəlməsi  üçün PowerPoint üslubunda işlənən təqdimatlarla da dəstəklənə bilər. Eyni zamanda tamaşaçılar xüsusi çat otaqlarından istifadə edərək burada iştirak edə bilərlər.

Biz, bir neçə kameradan veriliş, səs rejissorluğu, materialın hostinqi, o cümlədən şəbəkədə  yüksək ötürücülük qabiliyyəti də daxil olmaqla tam xidmət paketi təklif edirik. Biz, həmçinin təklif edirik:

Nəhayət, bizim məhsullarımız və təklif etdiyimiz xidmətlər mükafatlarla dəstəklənir və ən müasir texnologiyalarla və proqramlarla təmin olunur.