Mirbala Səlimli, kino rejissor 1963-cü ildə Azərbaycanda anadan olmuşdur. 1985-ci ildə M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun kino və dram aktyorluğu fakültəsini və 1995-ci ildə B.V.Şukin adına Moskva Ali Teatr Məktəbinin teatr rejissorluğu fakültəsini fərqlənmə diplomları ilə bitirmişdir. 1985-1998-ci illərdə S.Rəhman adına Şəki Dövlət Dram Teatrında aktyor, quruluşçu rejissor və baş rejissor vəzifələrində çalışmışdır. 2001-ci ildə Moskva Ali Ssenaristlər və Rejissorlar kursunun kino rejissorluğu fakültəsində, A.German və S.İ. Karmalitanın emalatxanasında təhsil almışdır. 2003-2004-cü illərdə Avanti proqramı (İsveçrə) çərçivəsində rejissor K.Zanussi(Polşa) və kinodramaturq D.Benkedən (Almaniya) dərs almışdır.
Filmoqrafiya:
1. “İnsan və Milçək”. 15 dəq. 1999-cu il. Rejissor və ssenarist (Tədris işi)
2. “Allah olmaq çətindir” A.Germanın filmi. Rejissor- Təcrübə keçən. k/s “Lenfilm”
3. “Etimad telefonu” R.İbrahimbəyovun filmi. 2001-ci il.2ci rejissor, montajçı, aktyor. k/s “İbrus”.
4. “Odla qol-boyun”. 35mm. 28dəq. 2002-ci il. Quruluşçu rejissor və ssenarist. k/s “Debut – Azərbaycanfilm”.
5. "Moskvanın heykəltəraşlıq səlnaməsi" sənədli film. 2006-cı il. Rejissor. "Mir iskusstva" kinostudiyası.
6. "Mənim məktəbim" sənədli film. 2008-cı il. Rejissor. "Narimanfilm" kinostudiyası.
Kinooperator kimi əsas işləri:
1. “Vəsiyyət”. Sənədli film. 2000-ci il. k/s “Mir İskusstva” (“Zodçestvo – 2001” Moskva Beynəlxalq Festivalının “Gümüş Diplom” laureatı).
2. “Avropanın oğurlanması”. Sənədli film. 2002-ci il. k/s “Mir İskusstva”.
3. “Mayakovskinin şən ili”. Sənədli film. 2003-cü il. k/s “Mir iskusstva” (“Zodçestvo – 2003” Moskva Beynəlxalq Festivalının “Qızıl Diplom” laureatı.
4. “Sağ Mayakovskiy”. Sənədli film. 2005-ci il. k/s “Mir İskusstva”
5. “Üç tac qoyma mərasiminin marşalı”.Sənədli film. 2005-ci il.k/s “Mir İsskustva”.
Ünvan:
Azərbaycan, Şəki şəhəri, M.Ə.Rəsulzadə pr. 149 “A”, mən. 26
Tel: (+99450)353-72-53
Moskvada (+095)978-69-89
Email: mirbala@mail.ru