Teymur Daimi, kinorejissor, 1966-cı ildə Bakı şəhərində anadan olmuşdur. 1985-ci ildə Əzim Əzimzadə adına Azərbaycan Dövlət İncəsənət Kollecini və 1993-cü ildə Azərbaycan Dövlət İncəsənət və Mədəniyyət Universitetini bitirmişdir. 1996-cı ildə “Yolun tapılması”adlı kitabını nəşr etdirmişdir. 2000-ci ildə Azərbaycan Dövlət Elmlər Akademiyasının Fəlsəfə və Hüquq İnstitutunda fəlsəfə üzrə namizədlik dissertasiyasını müdafiə etmişdir. İncəsənət və Mədəniyyətlə bağlı xarici və yerli nəşrlərdə çoxsaylı məqalə və esselərin müəllifidir. “Arts, etc...” adlı müasir mədəniyyət mərkəzində incəsənət üzrə mütəxəssis və “Art Qafqaz 2005” adlı beynəlxalq layihədə incəsənət üzrə konsultant kimi çalışmışdır.2001-ci ildən bəri multimedia rəssamı və rejissoru vəzifəsində audiovizual incəsənətlə məşğul olur. Bir çox beynəlxalq film festivallarının və sərgilərin iştirakçısıdır. Ssenarist və rejissor qismində “Bravo” və “Caspian Supplies” studiyaları ilə əməkdaşlıq etmişdir. Hal-hazırda “Narimanfilm” kinostudiyası ilə əməkdaşlıq edir.
Filmoqrafiya:
1. “Geo-yaradıcılıq” (2002)
2. “Daxili cənnət” (2002)
3. “Örtük altında” (2002)
4. “Atəşin harayı” (2003)
5. “Oyanış” (2003)
6. “Məbədin ürəyi” (2005)
7. “Geo-yaradıcılıq 2” (2005)
8. “Qara Cənnət” (2005)
9. “Rəssam həyatının palitrası” (2006), ssenarist
Festivallar:
1. Qafqaz layihəsi çərçivəsində Beynəlxalq video festival, Strasburg (2003)
2. Qafqaz layihəsi çərçivəsində Beynəlxalq video festival, Brüssel (2003)
3. Beynəlxalq interinzibati layihə “Ekotopiya: Qafqazda müasir incəsənət və təbiət, I mərhələ”, Tiflis, (2003)
4. “Art Qafqaz” Beynəlxalq Vizual İncəsənət Festivalı, Tiflis (2005)
5. “Yeni kino. XXI əsr”, Smolensk Beynəlxalq Kino Festival, Smolensk (2005)
6. “ Eko-topiya: Cənubi Qafqazda müasir incəsənət və təbiət , II mərhələ”, Berlin (2006)
7. Afina Beynəlxalq Videoart Festivalı , Afina (2006)
8. Gürcüstan Dövlət İncəsənət Akademiyasında “Qara Cənnət” adlı filmin solo təqdimatı , Tiflis, (2006)
9. XXVII Moskva Beynəlxalq Kino Festival, Media Forum, Moskva, (2006)
10. “Şekinin ulduzları” Beynəlxalq kino festivalı, Alma-Ata.(2006)
11. “Kinoşok” MDB ölkələrinin kinofestivalı, Anapa (2006)
12. “East-West” Beynəlxalq İncəsənət Festivalı, Di, Fransa (2006)
E-mail:teymurt@yahoo.com
www.artdaimi.com