| |
 |
|
|
 |
|
|
|
|
|
|
İlqar Safat
Rejissor __
Kinorejissor, şair, rok-bard. Bakı şəhərində 1972-ci ildə anadan olmuşdur. 1995-ci ildə «rus dili və ədəbiyyatı» ixtisası üzrə M.F.Axundov adına Azərbaycan Pedaqoji İnstitutunu bitirmişdir. 1995-ci ildən 2000-ci ilə qədər Bakı ş. müxtəlif qəzet və ədəbi jurnallarda dərc olunurdu. Öz mahnıları ilə Bakının və Moskvanın müxtəlif meydançalarında çıxış edirdi. Yüzə yaxın mahnının müəllifi. 2002-ci ildə Moskva ş. SRAK (Senaristlər və Rejissorlar Ali Kursunu) bitirmişdir: V.İ.Xotinenkonun emalatxanası. 2002-ci ildə Qafqaz Layihəsi çərçivəsində Avropanın müxtəlif şəhərlərində Azərbaycanı bir neçə illər ərzində təmsil etmiş «Dağın nəvəsi» filmini çəkmişdir. Ali Kursları bitirdikdən sonra il yarım Xabarovsk ş. Uzaq Şərq Kinoxronika Studiyasında Rejissor işləmişdir. 2003-cü ildə «Səma kökləri» filminə görə Xabarovsk Diyarı Qubernatorunun diplom və mükafatına layiq görülmüşdür. «Səma kökləri» filmi dünyanın müxtəlif şəhərlərində göstərilmişdir, bir çox rusiya və beynəlxalq kinofestivalların (Nyu-York, Leyptsiq, Barselona, Praqa, Auqsburq və b.) iştirakçısı olmuşdur. Almaniyada film ən yaxşı etnoqrafik filmlər kataloquna daxil edilmişdir. «Səma kökləri» filmi Nyu-Yorkda Amerika Təbiətşünaslıq Muzeyinin (American Museum of Natural History) kitabxanasına daxil edilmişdir. Hal-hazırda "SAHƏ" tammetrajlı bədii filmi üzərində çalışır.
Filmoqrafiya:
- “Min” (2001, Moskva)
- “Dağın nəvəsi” (2006, Bakı)
- “Mən quşları xatırlayıram...” (2002, Moskva)
- “Səma kökləri” (2003, Xabarovsk)
- “Daşda yaşayan ruh” (2003, Xabarovsk)
- “Azadam. Öpürəm. Boris” (2004, Moskva)
- "Sonet 129" (2005, Moskva)
- "Sofrinskaya Boqoroditsa" (2005, Moskva)
- “Məhsuldar otlaqlarda” (2006, Bakı).
- "Pəri-Qala" (2007, Bakı)
- "Qobustana qayıdış" (2007, Bakı)
Festivallar:
- Margaret Mead Film & Video Festival (New York, USA)
- Montreal First Peoples Festival (Montråal, Canada)
- imagineNATIVE (TORONTO, CANADA)
- One World – International Film Festival (Prague, Czech Republic)
- International Leipzig Festival for Documentary and Animated Films (Leipzig, Germany)
- Ñinema îf Tomorrow (Augsburg, Germany)
- Asia - Berlin International Film Festival (Berlin, Germany)
- Parnu International Documentary and Anthropology Film Festival (Parnu, Estonia)
- Moscow International Visual Anthropology Film Festival (Moscow, Russia)
- MESSAGE TO MAN International Film Festival (St Petersburg, RUSSIA)
- Solo para Cortos Film Festival (Barcelona, Spain)
- ALTER-NATIVE International Short Film Festival (ROMANIA)
- MEDIAWAVE International Visual Art Foundation (GYOR, ÍUNGARY)
- ALJAZEERA International Documentary Film Festival (Doha, Qatar)
Mükafatlar:
- Xabarovsk Diyarı Qubernatorunun mükafatı laureatı ( “Səma kökləri”)
- “İntellekt” mükafatı laureatı (“Dağın nəvəsi”)
- “Mən burada yaşayıram!” Beynəlxalq KinoFestivalı laureatı (“Məhsuldar otlaqlarda”)
- Y.N.Ozerov adına Hərbi Kino Festivalında diplom (“Sofrinskaya Bogoroditsa”)
|
|
|
|
|