"Narimanfilm" kinostudiyası ehtiyacı olan 70 ailəni ərzaqla təmin etmişdir
Koronavirus pandemiyası ilə bağlı elan olunmuş karantin rejiminə görə yaşlı insanlar öz mənzillərində izolyasiya şəraitindədirlər. Tənha təqaüdçülər və çoxuşaqlı ailələr üçün bu günlər xüsusilə ağır keçir. Ərzaqla təmin olunan ailələr arasında yaşlı kinematoqrafiya və mədəniyyət xadimləri, həmçinin imkansız ailələr vardır.
Qeyd etməliyik ki, daha öncə "Narimanfilm" kinostudiyası ölkəmizin bir çox digər müəssisələr kimi ölkə rəhbərliyinin çağırışı ilə Respublikamızın Prezidenti tərəfindən yaradılmış koronavirus pandemiyasının nəticələri ilə mübarizə fondunun hesabına pul köçürmüşdür.
Kinostudiyanın kollektivi bütün Azərbaycan xalqı ilə bərabər Prezidentimiz İlham Əliyevin "Biz birlikdə güclüyük!" çağırışı altında birləşərək öz həmrəyliyini nümayiş etdirmişdir.