1969-cu il tarixdə Rusiya Federasiyasının Moskva şəhərində anadan olub. Ali hüquq və hərbi-siyasi təhsil almışdır. Müxtəlif yerli və beynəlxalq şirkətlərdə idarəedici vəzifələrdə 25 ildən artıq təcrübəyə malikdir.
1994-cü ildə Azərbaycanda, Bakı şəhərində “Narimanfilm” kinostudiyasının əsasını qoymuşdur. Şirkətin filialları həmçinin Russiya, BƏƏ və Polşada fəaliyyət göstərir. “Narimanfilm” kinostudiyası bədii, qısametrajlı və sənədli filmlərin istehsalı, yuxarıda sadalanan ölkələrdə xətt prodüserliyi və Azərbaycan filmlərinin dünyada tanıdılması ilə məşğul olur, eləcə də onlayn kinoteatrı (VOD platforma – Azcinemaonline) idarə edir.
2005-ci ilin sentyabr ayında “Cənubi Qafqaz Müstəqil Kino Xadimləri Transmilli Assosiasiyası”– nın (IFA-SC) həmtəsisçilərindən biri və idarə heyətinin üzvü olmuşdur, oktyabr ayından isə həmin qurumun İdarə Heyətinin sədridir.
2012-ci ilin iyun ayında “Azərbaycan Prodüserlər Gildiyası” İctimai Birliyinin həmtəsisçilərindən biri olmuş və sədr müavini seçilmişdir. Həmin ilin iyul ayında isə Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının həmtəsisçilərindən biri, idarə heyəti üzvü və katibidir.
1 avqust 2018-ci il tarixində Azərbaycan Respublikası Prezidentinin Sərancamı ilə “Əməkdar Mədəniyyət İşçisi” fəxri adına layiq görülmüşdür.
1 May 2019-cu ildə yaradılan “Salam” Beynəlxalq Yeniyetmə Film Festivalının təsisçisidir.
27 Noyabr 2020-cu ildə “Kinematoqrafiya uğurlarına görə” Global Film Festival Noida beynəlxalq mükafatı ilə təltif olunmuşdur.
19 Oktyabr 2021-ci ildə “Azərbaycan Prodüserlər Gildiyası” İctimai Birliyinin sədri seçilmişdir.
O, bir neçə bədii, qısametrajlı və sənədli filmlərin prodüseridir.
“Min” (2001, Moskva) - prodüser
“Dağın nəvəsi” (2002-2006, Bakı) - prodüser
“Mən quşları xatırlayıram”… (2002, Moskva) - prodüser
“Məhsuldar torpaqlarda” (2006, Bakı) - prodüser
“Qobustana qayıdış” (2007, Bakı) - prodüser
“Pəri–Qala” (2007, Bakı) - prodüser
“Mənim məktəbim” (2008, Bakı) - prodüser
“Sahə” (2010, Bakı) - prodüser
“Sərnişin” (2013, Bakı) - prodüser
“9x9” (2013, Bakı/ Verona) - prodüser
“Süküt Pozuntusu” (2013, Bakı) - prodüser
“İkinci güllə” (2017, Bakı) - prodüser
“Dəniz suyu içən it” (2017, Bakı) - prodüser
“Estakada” (2019, Bakı) - prodüser
“Junga” (2018, Bakı/ Tamil) - xətt prodüser
“Kempegowda 2” (2019, Bakı/ Kannada) - xətt prodüser
“Vinaya Vidheya Rama” (2019, Bakı/ Teluqu) - xətt prodüser
“ABCD” (2019, Bakı/ Teluqu) - xətt prodüser
“Nikhil Mudra” (2019, Bakı/ Teluqu) - xətt prodüser
“Action” (2019, Bakı/ Tamil) - xətt prodüser
“90 ML” (2019, Bakı/ Teluqu) - xətt prodüser
“Oxemberg” TVC (2019, Bakı/ Mumbay) - xətt prodüser
“Thalli Pogathey” (2019, Bakı/ Tamil) - xətt prodüser
“Fəridə” (2020, Bakı/ Sankt-Peterburq) - prodüser
“Javoronki v repeyom pole” (2021, Bakı/ Ulyanovsk) - prodüser
23 yanvar 1972-ci ildə Bakı şəhərində anadan olub. Kinorejissor, şair, rok - bard. 1995-ci ildə Azərbaycan Pedaqoji Universitetinin rus dili və ədəbiyyatı fakültəsini bitirib.Ali pedağoji və incəsənət təhsili almışdır. 1995-ci ildən 2000-ci ilə qədər Bakı şəhər müxtəlif qəzet və ədəbi jurnallarda dərc olunurdu. 2002-ci ildə Moskvada Ssenari müəllifləri və Film Rejissorlarının ali kurslarını bitirib. 2002-ci ildə Xotinenkonun studiyasında oxuyub və bir neçə il bir çox Avropa şəhərlərində Azərbaycanı təmsil edən "Dağların nəvəsi"-ni idarə edib. Moskvada oxuduqdan sonra Safat bir il yarım müddətində Xabarovskdakı uzaq şərq xəbər televiziya studiyasında rejissor olaraq çalışdı. 2003-cü ildə Xabarovsk vilayətinin qubernatoru Safata "Göyün kökləri" filminə görə mükafat verdi. Bu film bütün dünyada nümayiş olundu və bir sıra rus və beynəlxalq film festivallarında (Nyu York, Leypsiq, Barselona, Praqa, Augsburg da daxil olmaqla) iştirak etdi. Almaniyada "Göyün kökləri" ən yaxşı etnoqrafik filmlərin kataloquna daxil edildi və film Nyu Yorkdakı Amerika Təbiət Tarixi Muzeyinin kitabxanasına əlavə edildi.
2010-cu ildə Azərbaycandan 83-cü Oskar mükafatının "Xarici dildə ən yaxşı filmə görə" nominasiyasına göndərilmiş “Sahə” filminin ssenari müəllifi və rejissorudur. Film bir çox kinofestivallarında nümayiş olundu, Hollywood Gənc Sənətçi Mükafatları, Kaliforniya Qızıl Mükafatları və digərləri də daxil olmaqla bir sıra beynəlxalq mükafatlar aldı. "Halqlar arasında mədəni dialoq və qarşılıqlı anlaşmanın inkişafına verdiyi töhfəyə görə" Moskva Hökumətinin diplomu ilə təltif olundu.
“İçəri Şəhər” filmi 50-ci Worldfest Houston Beynəlxalq Film Festivalının Qızıl Remy Mükafatına layiq görülmüşdür.
Hazırda “Narimanfilm” kinostudiyasının rejissoru və bədii rəhbəridir. Çox sayda qısametrajlı, sənədli, bədii filmlərin və bir neçə tamaşanın rejissorudur.
“Min” (2001, Moskva)
“Dağın nəvəsi” (2002, Bakı)
“Mən quşları xatırlayıram...” (2002, Moskva)
“Səmanın Kökləri” (2003, Xabarovsk)
“Daşda yaşayan ruh” (2003, Xabarovsk)
“Azadam. Öpürəm. Boris” (2004, Moskva)
"Sonet 129" (2005, Moskva)
"Sofrinskaya Boqorodisa" (2005, Moskva)
“Məhsuldar otlaqlarda” (2006, Bakı)
”Qobustana qayıdış” (2007, Bakı)
“Pəri-Gala” (2007, Bakı)
“Sahə” (2010, Bakı)
“Xəzər Atlandidası” (2012, Bakı)
“İçəri Şəhər” (2015, Bakı)
9 fevral 1971-ci ildə anadan olmuş. 1989-2016 illərdə silahlı qüvvələrdə xidmət etmiş. 2018-ci ildən "Narimanfilm" şirkətində kadrlar üzrə mütəxəssis vəzifəsində çalışır, layihələrdə isə məkan meneceri kimi fəaliyyət göstərir.
Kempegowda 2” (2019, Bakı/ Kanvada) - məkan meneceri
“Vinaya Vidheya Rama” (2019, Bakı/ Teluqu) - məkan meneceri
“ABCD” (2019, Bakı/ Teluqu) - məkan meneceri
“Nikhil Mudra” (2019, Bakı/ Teluqu) - məkan meneceri
“Action” (2019, Bakı/ Tamil) - məkan meneceri
“90 ML” (2019, Bakı/ Teluqu) - məkan meneceri
“Oxemberg” TVC (2019, Bakı/ Mumbay) - məkan meneceri
“Thalli Pogathey” (2019, Bakı/ Tamil) - məkan meneceri
"Doğma Torpaq" (2025, Bakı) - məkan meneceri