Qısametrajlı film
Yaşlı qadın oğlunun ölümündən sonra sükut içinə qapanır və cəmiyyətdən özünü ayırır. Sükut onun ən yaxın dostuna çevrilir. Onun həyatında hər şey elə səssiz olur ki, anidən gələn bir telefon zəngi onun sükutunu pozur. Bir neçə zəngdən sonra o, aydınlaşdırır ki, onun telefon nömrəsi səhvən bir qəzet elanında yazılıb. Telefon bir dəqiqə susmur, hamı qəzetdəki elana görə zəng edir. Yaşlı qadın bir tərəfdən gələn zənglərə sevinir başqa bir tərəfdən isə sükuta xəyanət etmək istəmir. Ona görə də o, hər gələn telefon zənginə cavab verir və özü-özü ilə mübarizə aparır. Lakin sükut xəyanəti sevmir, ya sükutun dostu ol ya da o sənin düşmənin olacaq.İl:
2014
Ölkə:
Azərbaycan
Janr:
qısametrajlı film
Sürəklilik:
25 dəq
Prodüser:
Nəriman Məmmədov, Orxan Həmidov
Rejissor:
Gudrət Həmidov
Ssenari müəllifi:
Gudrət Həmidov
Operator:
Elshən Əliyev
İstehsal şirkəti:
Narimanfilm
Rollarda:
Nuriyyə Əhmədova