Şirkət haqqında

“Narimanfilm”, məhdud məsuliyyətli şirkət olaraq, 1994-cü ildə Azərbaycanda, Bakı şəhərində təsis edilmişdir. Müştəriləri və partnyorları ən yaxşı məhsul və xidmətlə təmin etmək məqsədilə şirkətdə təcrübəli ssenaristlər, rejissorlar, texnik və dizaynerlər komandası yaradılıb. Müştərilərə təklif etdiyimiz hər hansı bir məsələnin həlli yolları, onların məhsullarının və xidmətlərinin satışını maksimuma çatdırmağa yönəldilmişdir.

MƏQSƏD

Reqionda ən yaxşılardan olmaq

Narimanfilm seçilmiş biznes sahələrində və yerlərdə həm peşəkar video çəkilişləri üzrə xidmət provayderi, həm də yeni media-texnoloji həllərin reallaşmasında ən qabaqcıl provayder olmağa çalışır.

KEYFİYYƏTLƏRİMİZ

Biz MƏHSUL istehsal edirik və yüksək KEYFİYYƏTLİ XİDMƏT göstəririk

Biz işimizdə Çevik, Səlahiyyətli, Yenilikçi, Fəalıq və verdiyimiz vədləri yerinə yetiririk.

VƏZİFƏ

Bizim vəzifəmiz Azərbaycanda biznes – icmasını keyfiyyətli, sanballı brend adı olan xidmətlə təmin etmək, müştəri xidməti sahəsində rəqibi olmayan etibarlı və peşəkar texniki dəstək təqdim etməkdir.

Azərbaycanda və Cənubi Qafqazda qabaqcıl texnologiyalardan istifadə edərək distribyutor kimi istehlakçı və müştəriləri cəlb etmək, həmçinin kino filmlərinin istehsalında texnologiya sahəsində aparıcı kompaniya olmağa çalışırıq.

Biz, Azərbaycanda kino sənayesinin inkişafında yerli rejissorların və kino işçilərinin təlimi, milli, sənədli, oyun filmlərinin istehsalı və onların beynəlxalq, yerli bazarlarda təbliği vasitəsilə iştirak etmək istəyirik.

Biz, xarici rejissorlara Azərbaycanı, natura çəkilişləri üçün əlverişli, gözəl, füsunkar təbiəti olan bir ölkə kimi tanıtdırmaq istəyirik. Bu da xarici layihələrin reallaşdırılması üçün ölkəmizi populyarlaşdırmağa imkan verəcəkdir.